“İƏT Model Akademiyası – 2025” layihəsi üçün qeydiyyat açıq elan olunur!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti və İslam Əməkdaşlığı Gənclər Forumu – Avrasiya Regional Mərkəzi ilə tərəfdaşlıq çərçivəsində “İƏT Model Akademiyası – 2025” layihəsi üçün qeydiyyat açıq elan olunur.

Seçim mərhələsindən uğurla keçən müraciətçilər 2 aylıq layihə müddətində Azərbaycanda olan diplomatik korpus nümayəndələri və ekspertlər tərəfindən keçiriləcək həftəlik mühazirələrdə iştirak edərək diplomatiya və beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarını artıracaqlar.

Layihənin sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqları layihə çərçivəsində təşkil olunacaq İƏT Xarici İşlər Nazirləri Şurasının Simulyasiya Konfransında tətbiq edə biləcəklər.

Əgər siz:
✅ 18–29 yaş aralığındasınızsa;
✅ Diplomatiya və beynəlxalq münasibətlər mövzularına maraq göstərir, təcrübə əldə etmək istəyirsinizsə;
✅ İƏT və onun strukturlarının iş fəaliyyətini öyrənməyə maraq göstərirsinizsə;
✅ İngilis dilini orta və ya əla səviyyədə bilirsinizsə;

bu layihə məhz sizin üçündür!

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScRVegcqQM3282igBUQvg88hp_MTiWgd1_yTwYc4bLojYPYeA/viewform

Qeydiyyat üçün son tarix: 10 sentyabr 2025, 23:59 (GMT +4, Bakı vaxtı)

In collaboration with the #Ministry of #Youth and #Sports of the Republic of #Azerbaijan, Baku State University, and The Eurasian Regional Center of Islamic Cooperation Youth Forum (ICYF-ERC) is pleased to announce the start of registration for the “Model OIC Academy – 2025” project.

#ICYFERC #MYS #BSU #youth #OIC #simulation #diplomacy #ModelOIC #MOIC #internationalrelations